10 iyun

“Toyota”nın yeni mühərriki bütün avtomobil sənayesini məhv edəcək!

"“Toyota”nın yeni mühərriki bütün avtomobil sənayesini məhv edəcək"!

Bunu Toyota şirkətinin icraçı direktoru və prezidenti Koji Sato, nəqliyyatda inqilab yarada biləcək su ilə işləyən yeni mühərriki nümayiş etdirərkən bildirib. Təhlil.az xəbər verir ki, o, öz çıxışı ilə dünyanın nəhəng avtomobil markalarını heyrətə gətirib. Litium batareyaları ilə çalışan elektrikli avtomobillərdən fərqli olaraq, yeni mühərrik suyun tərkibindəki hidrogeni ayırmaq üçün yalnız elektrolizdən istifadə edir və əldə olunan yanacaqdan geriyə qalan isə sadəcə su buxarı olur.

Yeni kəşfin elektrikli avtomobillərlə müqayisədə əsas üstünlüyü ondan ibarətdir ki, avtomobili hərəkətə gətirmək üçün artıq batareyalara ehtiyac duyulmur. Bu da təbiətin litiumla çirklənməsini aradan qaldırır. Bu üstünlük eyni zamanda elektrikli avtomobillərin doldurulmasına sərf olunan saatlarla vaxt itkisini də aradan qaldırır. Belə ki, yeni mühərrikin çalışması üçün yanacağın doldurulmasına cəmi 3 dəqiqə vaxt sərf etmək kifayət edir.

Sözügedən yeni mühərrikli avtomobillərin sınaqları şirkətin yol xəritəsində 2027-ci ilə qədərki dövrü əhatə edir. 2030-cu ilə qədər isə həmin avtomobillərin istehsalı planlaşdırılır. istehsalı daxildir. “Toyota” bu yolda uğurlu olarsa, bu, təmiz enerji sahəsində əsl inqilab olacaq.

Koji Sato şirkətinin bu sahədə uğur qazanacağına əmindir. Çünki, “Toyota”nın daha əvvəl də belə təcrübələri olub. Onların içində ən uğurlu olanı isə 2014-cü ilin dekabr ayından istehsal olunan “Mirai” avtomobilləridir. Amerika Birləşmiş Ştatlarında 2018-ci ildə 1700, 2019-cu ildə isə 1502 “Toyota Mirai” satılıb.

Babək Zeynal

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?