10 iyun
Etirazçılar Los-Ancelesdəki mağazaları qarət ediblər

ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətinə qarşı etirazçılar tərəfindən iğtişaşlar zamanı Kaliforniya ştatının Los-Anceles şəhərində bir neçə mağaza talan edilib. Təhlil.az xəbər verir ki, talançılar T-Mobile mobil telefon mağazasının giriş qapısını sındıraraq içəriyə daxil olublar. “Adidas”ın idman geyimləri mağazası da qarət edilib. CBS telekanalının yerli bürosu bildirib ki, etirazçılar ABŞ-nin “Waymo” şirkətinin bir neçə elektrikli avtomobilini yandırıblar. Qeyd olunub ki, zərər çəkmiş bizneslərin bütün sahibləri vandalizm aktlarını sənədləşdirmək üçün polisə müraciət edə biləcəklər.