10 iyun
ChatGPT dünya üzrə çökdü

Bu gün qlobal səviyyədə ChatGPT xidmətində genişmiqyaslı nasazlıq qeydə alınıb.
Təhlil.az xəbər verir ki, bu barədə Downdetector platformasında yerləşdirilən məlumatlar göstərir ki, minlərlə istifadəçi süni intellekt sisteminə daxil ola bilmədiyini və ya cavab ala bilmədiyini bildirib.
Problem ABŞ, Avropa, Hindistan və Yaxın Şərq də daxil olmaqla bir çox ölkəni əhatə edir.
OpenAI şirkətindən hələlik rəsmi açıqlama verilməsə də, mütəxəssislər serverlərdə və ya proqram təminatında texniki nasazlıq ehtimalını istisna etmir.
Sistemə tam çıxışın nə zaman bərpa olunacağı hələlik məlum deyil. İstifadəçilərə səbrli olmaları tövsiyə olunur.