10 iyun

ABŞ və Çin iyunun 10-da Londonda ticarət danışıqlarını davam etdirir

ABŞ və Çin nümayəndə heyətləri iyunun 10-da Böyük Britaniyanın paytaxtında ticarət danışıqlarını davam etdirir.
Təhlil.az xəbər verir ki, iyunun 9-da keçirilən müzakirələr altı saatdan çox çəkib və iyunun 10-da yerli vaxtla saat 10:00-da davam etdirilib.
ABŞ-nin maliyyə naziri Skot Bessent iyunun 9-da keçirilən iclası “yaxşı” adlandırıb, ticarət naziri Hovard Latnik isə müzakirələrin “məhsuldar” olduğunu bildirib.
Bessent və Latnikdən əlavə, Ceymison Qri də ABŞ-nin ticarət üzrə danışıqlarında iştirak edir. Çin tərəfini isə Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng təmsil edir. Çinli rəsmi danışıqların ilk günündən sonra mətbuata açıqlama verməyib.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?