05 iyun

Tramp 12 ölkə vətəndaşının ABŞ-yə girişini qadağan edib

ABŞ prezidenti Donald Tramp 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edən fərman imzalayıb. Təhlil.az xəbər verir ki, respublikaçı bu qərarı çərşənbə günü, iyunun 4-də özünün “TruthSocial” sosial şəbəkəsində elan edib. Ağ Evin saytında ətraflı press-reliz dərc olunub.
12 ölkə tam, 7 ölkə isə qismən qadağaya məruz qalıb.
Vətəndaşlarının ABŞ-yə girişinə tam qadağa qoyulan 12 ölkə bunlardır: Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən.
ABŞ-nin qanuni daimi sakinləri və etibarlı viza sahibləri üçün istisnalar var. Ölkələrin siyahısı Dövlət Departamentinin yanvar ayından bəri apardığı təhlilə əsaslanır.
Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına isə qismən qadağa qoyulub. Onlara ziyarətçi və tələbə vizası verilməyəcək. Bununla belə, amerikalı qohumlarına qovuşmaq və ya işləmək istəyənlər üçün nəzərdə tutulan vizalar hələlik etibarlı hesab olunacaq.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?