03 iyun
Medvedev İstanbuldakı danışıqların əsl məqsədini açıqlayıb

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb ki, İstanbulda danışıqlar Rusiyanın münaqişədə qalib gəlməsi üçün lazımdır. Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya memorandumunun mənası belədir. “İstanbulda danışıqlar kiminsə uydurduğu qeyri-real şərtlərlə kompromis sülh əldə etmək üçün deyil, bizim tezliklə qələbəmiz və neonasist hökumətini tamamilə məhv etmək üçün lazımdır. Dünən dərc olunan Rusiya memorandumunun mənası budur”, - deyə rusiyalı rəsmi statusunda bildirib.
Hikmət Həsənov
Bu gün