31 may

"Azeri Light" büdcə həddindən aşağı düşdü

Neft bazarlarında Azərbaycan neftinin qiymətində eniş tendensiyası davam edir.

Təhlil.az xəbər verir ki, İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin bir bareli CIF bazisi üzrə 0,86 ABŞ dolları və ya 1,28% ucuzlaşaraq 66,29 dollara düşüb.

Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazasında bu markanın qiyməti 0,83 dollar azalaraq 65,09 dollar təşkil edib. Bu isə gün ərzində 1,26% ucuzlaşma deməkdir.

Digər əsas markalı neftlərdə də eniş müşahidə olunur. Belə ki, URALS markalı xam neft 1,17% ucuzlaşaraq 51,29 dollar, "Dated Brent" markalı Şimal dənizi nefti isə 1,34% azalma ilə 63,83 dollar olub.

Qeyd edək ki, Azərbaycan 2025-ci il dövlət büdcəsini bir barel neftin 70 dollar səviyyəsində hesablayıb. Hazırkı qiymət göstəriciləri bu proqnozdan aşağıdır və bazardakı dinamika diqqətlə izlənir.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?