27 may

Türkiyədə azərbaycanlıların avtomobili qəzaya düşdü - VİDEO

Türkiyənin İğdır vilayətində Azərbaycanla bağlı ürəkağrıdıcı yol-nəqliyyat hadisəsi baş verib.

Təhlil.az xəbər verir ki, Azərbaycana məxsus dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı maşında olan 5 nəfər azərbaycanlıdan biri həyatını itirib, digər 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə dərhal təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralıların vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.

Qəzanın səbəbləri və digər detalların müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.

 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?