Bu gün
Nikol Paşinyan Parisə səfər edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ikigünlük işgüzar səfər çərçivəsində Fransanın paytaxtı Parisə gedib.
Təhlil.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Paşinyan Parisdə keçiriləcək Beynəlxalq Kosmos Sammitində iştirak edəcək.
Səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makronla görüşəcəyi gözlənilir.