27 may

2024-cü ildə COP29 və digər tədbirlərə 195 milyon manat xərclənib - RƏSMİ

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirəyə çıxarılıb.

Təhlil.az xəbər verir ki, hesabata əsasən, ötən il beynəlxalq və ölkədaxili tədbirlərin təşkilinə ümumilikdə 195,9 milyon manat xərclənib.

Ən böyük büdcə ötən il Bakıda keçirilən COP29 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (10 milyon manat) ayrılıb. 

Bundan başqa:

İnvestisiya Təşviqi Forumu və digər təşviqat tədbirləri üçün – 4,5 milyon manat,

6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu üçün – 3,5 milyon manat,

11-ci Qlobal Bakı Forumu üçün – 2,6 milyon manat,

Xarıbülbül Beynəlxalq Musiqi Festivalı üçün – 2,3 milyon manat,

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 3-cü iclasının İsveçrədə keçirilməsi üçün – 1 milyon manat vəsait ayrılıb.

Hesabatda digər tədbirlər üzrə ayrılan vəsaitin isə 1 milyon manatdan az olduğu qeyd olunub.

Bu göstəricilər Azərbaycanın beynəlxalq imicini gücləndirmək, qlobal platformalarda fəallığını artırmaq və ölkə daxilində mədəni-diplomatik mühitin inkişafına dəstək məqsədi daşıyan tədbirlərə önəm verdiyini bir daha təsdiqləyir.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?