Bu gün

BMT süni intellektlə bağlı xəbərdarlıq edib

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk süni intellektin inkişafının bəşəriyyətin mövcudluğu üçün təhlükə yarada biləcəyini bildirib.

Təhlil.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytında məlumat dərc olunub.

O, Cenevrədə BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyasının açılışında çıxış edərkən qeyd edib ki, hazırda süni intellekt üzərində qeyri-məhdud hakimiyyət demək olar, bir neçə şəxsin əlində cəmlənib.

V. Türk gec olmadan süni intellektin təhlükəsizliyi ilə bağlı təcili şəkildə beynəlxalq qaydaların hazırlanmasına və bu sahədə “qırmızı xətlərin” müəyyənləşdirilməsinə çağırıb.