Dünən
Azərbaycan azarkeşləri yeni rekorda imza atdı

Misli Premyer Liqasının 2026/2027 mövsümünün IV turunun "Kəpəz" – "Şamaxı" matçında tamaşaçı rekordu yenilənib.
Təhlil.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına əsasən, Gəncə şəhər stadionundakı qarşılaşmanı 15 000 tamaşaçı izləyib.
Əvvəlki rekord III turda eyni arenada baş tutan "Kəpəz" – "Turan Tovuz" görüşünə təsadüf etmişdi. Həmin matçı 13 500 azarkeş izləmişdi.
Xatırladaq ki, "Kəpəz" "Şamaxı"ya 1:4 hesabı ilə məğlub olub.
Dünən