Bu gün
Paşinyan: Rusiya bazası bizim üçün həyati zərurət deyil

İrəvan 102-ci Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati zərurət hesab etmir, lakin onun çıxarılması məsələsini qaldırmayıb.
Təhlil.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
"102-ci hərbi bazanın Ermənistan ərazisində mövcudluğunu həyati zərurət hesab etdiyimizi söyləmək olmaz.
Əgər Rusiya hərbi bazasını (Gümrü - red.) Ermənistan Respublikasından çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik. Lakin qalmaq istəsələr, bunu da müzakirə etməyə hazırıq", - o deyib.
Paşinyan vurğulayıb ki, Ermənistan bütün bu müddət ərzində 102-ci Rusiya hərbi bazası məsələsini heç vaxt qaldırmayıb.
Bu gün