Trampın portreti ABŞ sikkələrində

ABŞ-də ölkənin prezidenti Donald Trampın sikkələri dövriyyəyə buraxılıb.
Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Zərbxanasının (US Mint) mətbuat xidməti məlumat yayıb.
Sikkələri zərbxananın rəsmi internet saytında satışa təqdim olunur. Yüz sikkədən ibarət dəstin qiyməti 154 ABŞ dollarıdır.
Sikkənin ön tərəfində Ağ Ev rəhbərinin önə baxan portreti, həmçinin ABŞ sikkələri üçün xarakterik olan "LIBERTY" yəni "Azadlıq", "IN GOD WE TRUST" – "Tanrıya güvənirik" şüarları və “1776-2026” yubiley tarixi həkk olunub.
Arxa tərəfində ABŞ Prezidentinin möhürü — zeytun budağı və oxlar tutan qartal təsvir olunub. Qalxanın üzərində ABŞ müstəqilliyinin 250 illiyi münasibətilə «250» rəqəmi yerləşdirilib. Sikkənin üzərində həmçinin "UNITED STATES OF AMERICA", "ONE DOLLAR" və "E PLURIBUS UNUM" yazıları da mövcuddur.