26 may
Xabi Alonso “Real Madrid”ə baş məşqçi kimi qayıtdı

Xabi Alonso “Real Madrid”in yeni baş məşqçisi təyin edilib. Təhlil.az “Fox Sports” saytına istinadla xəbər verir ki, Karlo Ançelottini əvəzləyəcək ispan mütəxəssis iyunun 1-dən etibarən komandanı idarə edəcək. Alonso “kral klubu” ilə 3 illik müqavilə imzalayıb. İspaniya nəhəngi onu “dünyanın ən yaxşı məşqçilərindən biri” kimi təqdim edib.
Qeyd edək ki, Xabi Alonso 2023-2024-cü illər mövsümündə “Bayer Leverkuzen”ə məğlubiyyətsiz çempiyonluq qazandırıb.
Bu gün