Bu gün
Nepalda daşqınlar nəticəsində 175 nəfər ölüb

Nepalda baş verən daşqınlar nəticəsində ən azı 175 nəfər ölüb, 476 əcnəbi itkin düşüb.
Təhlil.az xəbər verir ki, bu barədə Hindistanın ANI xəbər agentliyi Nepal səfirliyindəki mənbələrə istinadən bildirib.
Agentliyin mənbələri bildirib ki, "Hazırda 175 cəsəd tapılıb. Həm yerli sakinlər, həm də turistlər daxil olmaqla çox sayda insan itkin düşüb. Son məlumata görə, 28 ölkədən 476 nəfər hələ də itkin düşmüş hesab olunur".
Qeyd edək ki, avqustun 26-sı səhər Nepalın şimalında daşqın baş verib. İlkin məlumatlara görə, daşqın dalğasına Rasuvaqadi sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə, Nepal-Çin sərhədində qar və qaya uçqunu səbəb olub.
Bu gün
Bu gün
Bu gün