Bu gün

️Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Bu axşam saat 20:45-də “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, matç penaltilər seriyasına qədər davam edərsə, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq və növbətçilik əsasında əlavə köməkçi işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da əlavə tədbirlər görüləcək. Gün ərzində qatarların hərəkəti isə mövcud qrafik üzrə davam etdiriləcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?