Bu gün

Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində

Heydər Əliyev Mərkəzinin binası Ukraynanın dövlət bayrağının rənglərində işıqlandırılıb.

Təhlil.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Bu gün axşam Bakı özəldir! Təşəkkürlər, Azərbaycan!”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, avqustun 24-də Ukraynanın əsas dövlət bayramı olan Müstəqillik Günü qeyd olunur. Bu bayram Ukrayna Ali Radasının 24 avqust 1991-ci ildə Ukraynanın müstəqilliyinin elan edilməsi haqqında Aktı qəbul etməsi şərəfinə təsis edilib. Sənəd həmin il dekabrın 1-də keçirilmiş ümumxalq referendumunda yekun olaraq təsdiqlənib. Bu sənəd SSRİ-nin dağılmasından sonra Ukraynanın suveren dövlətçiliyinin tam şəkildə bərpasını rəsmiləşdirib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?