26 may
Makron təyyarədən şillə ilə düşdü - VİDEO

Fransa Prezidenti Emmanuel Makronun Vyetnama səfəri zamanı gözlənilməz səhnə yaşanıb.
Təhlil.az xəbər verir ki, Makronun həyat yoldaşı Briqit Makron təyyarə enən kimi dövlət başçısına yüngül bir şillə vurub. Hadisə təyyarənin qapısı açılan kimi baş verib və bu məqam sosial şəbəkələrdə ildırım sürətilə yayılıb.
Hadisənin şahidlərinə görə, insident protokol xidmətinin “daha qapı açılmadan kameralar işə düşməməlidir” tövsiyəsinə əməl edilmədiyi üçün yaşanıb. Təyyarənin qapısı tez açılıb, kameralar hər şeyi qeydə alıb və bir anda prezident cütlüyü sosial medianın gündəminə çevrilib.
Paris bu barədə hələlik heç bir rəsmi açıqlama verməyib. Amma görünən odur ki, Makronun Vyetnam səfəri diplomatik gündəmdən əvvəl “ailə içi jest”lə başlayıb.
Bu gün