26 may

Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışında sülh mesajı verərək, Ermənistanla Azərbaycan arasında növbəti müharibənin baş verməyəcəyinə əminliyini ifadə edib.

Təhlil.az xəbər verir ki, Paşinyan çıxışında deyib: “Bütün təxribatlara, fikir ayrılıqlarına baxmayaraq, müharibə olmayacaq. Mən buna inanıram. Sülh olacaq və bu, mənim üçün son dərəcə aydındır”. 

Bu bəyanat İrəvanın son aylarda göstərdiyi ziddiyyətli davranış fonunda diqqət çəkir. Rəsmi Yerevan zaman-zaman sülhə dair iradə nümayiş etdirsə də, praktiki səviyyədə bu iradənin ardıcıl və sabit addımlara çevrilməsi müşahidə olunmurdu.

Lakin Paşinyan bu dəfə bir addım da irəli gedərək, Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasına dair danışıqları davam etdirməyə hazır olduqlarını bildirib:
“Bu sənədlər regionun və buradakı xalqların gələcəyini tamamilə dəyişə bilər. Biz öz tərəfimizdən üzərimizə düşən hər şeyi etməyə hazırıq”.

Siyasi müşahidəçilər isə bu bəyanatı ehtiyatla qarşılayırlar. Çünki Ermənistan tərəfinin bəzən “sülh dili”ndə danışsa da, paralel olaraq Zəngəzur dəhlizi, sərhəd xətti və konstitusiya ilə bağlı məsələlərdə destruktiv mövqe tutduğu danılmaz faktdır.

Bununla belə, Paşinyanın sülh ritorikasını açıq şəkildə səsləndirməsi, xüsusilə beynəlxalq platformada, İrəvanın Qərb auditoriyasına vermək istədiyi bir mesaj kimi də qiymətləndirilə bilər. Ermənistan artıq savaşdan deyil, danışıqlardan danışmaq istəyir.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?