Yaxın Şərqdə gərginlik artır: İordaniya hava məkanı risk altında

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə İordaniyanın hava məkanında uçuşlar həyata keçirməməyi tövsiyə edib. Buna səbəb kimi krallığın getdikcə daha çox İranın raket və pilotsuz uçuş aparatlarının hədəfinə çevrilməsi göstərilir.
"2026-cı il iyulun ortalarından etibarən təhlükəsizliklə bağlı vəziyyət sürətli şəkildə pisləşib və İordaniyanın hava məkanına təsir göstərən hərbi əməliyyatların intensivliyi davamlı şəkildə artıb", - deyə EASA-nın bəyanatında deyilir.
EASA artıq aviaşirkətlərə Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İran, İraq və Livanın hava məkanından da istifadə etməməyi tövsiyə edir.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.