Bu gün

Britaniyanın yeni baş naziri Endi Bernem olacaq

Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni lideri seçilib.

Təhlil.az xəbər verir ki, bu barədə hakim partiyanın xüsusi konfransında Leyboristlər Partiyasının Milli İcraiyyə Komitəsinin sədri Şabana Mahmud elan edib.

Leyboristlər hazırda hakimiyyətdə olduqları üçün 56 yaşlı siyasətçi avtomatik olaraq baş nazir vəzifəsini də tutacaq. O, bu postu daha əvvəl tərk etmək qərarına gələn Kir Starmeri əvəz edəcək. Dauninq-stritdə hakimiyyətin təhvil verilməsi iyulun 20-nə planlaşdırılıb.

Leyboristlər Partiyasının lideri postuna namizədlərin irəli sürülməsi iyulun 15-də başa çatmışdı. Lakin Böyük Mançesterin sabiq meri Endi Bernemdən başqa heç kim namizədliyini irəli sürməmişdi.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?