Bu gün

Azərbaycan və Rusiya XİN rəhbərləri arasında danışıqlar başlayıb

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Təhlil.az xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər.

XİN rəhbərləri daha sonra geniş tərkibdə danışıqlar aparacaqlar.

Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlərinin müzakirə olunacaq.

Xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?