Bu gün

Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək

Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli açıqlama verib.

ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb:

"Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək. Elcan Hacıyevin iştirakı isə sual altındadır. O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın heyəti daha sonra bəlli olacaq".

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu isə bildirib ki, hər bir idmançı heyətdə yer almaq üçün çalışmalıdır.

Xatırladaq ki, Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək "Qran-pri"də 81 kq-da çıxış edib və bürünc medal qazanıb. Dünya çempionatı oktyabrın 4–11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq. 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?