Bu gün

Ali Rada Sergey Koretskini Ukraynanın Baş naziri təyin edib

Ali Rada Sergey Koretskini Ukraynanın Baş naziri təyin edib.

Parlamentin iclasında Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülmüş Koretskinin namizədliyinin lehinə 289 xalq deputatı səs verib.

S.Koretski hökumət başçısı postunda 2025-ci il iyulun 17-dən baş nazir vəzifəsində çalışan Yuliya Sviridenkonu əvəzləyib.

Qeyd edək ki, S.Koretski bu təyinata qədər "Naftoqaz Ukrayna" Milli Səhmdar Şirkətinin İdarə Heyətinin rəhbəri olub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?