Bu gün

11 yaşlı uşaq çayda boğuldu

Quba rayonunda azyaşlının suda boğulması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Təhlil.az xəbər verir ki, hadisə iyulun 13-də saat 12 radələrində rayonun Qəçrəş kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü X.Məmmədov Qudyalçay çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?