Məşhur müğənni saxlanıldı

Türkiyədə məşhur müğənni və “Ahbap” xeyriyyə fondunun başçısı Haluk Levent hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. İstintaqa onunla birlidkə 17 nəfər cəlb edilib.
Təhlil.az xəbər verir ki, İstanbul Prokurorluğunun məlumatına görə, Haluk Levent ictimai birliklər haqqında qanunun pozulması, çirkli pulların yuyulması və cinayətkar təşkilatda iştirak etməkdə şübhəli bilinir.
İstintaqa əsasən, 2020–2026-cı illərdə Leventlə əlaqələndirilən hesablar vasitəsilə təxminən 990 milyon türk lirəsi məbləğində əməliyyat aparılıb. Həmçinin qumar oyunları ilə əlaqəli hesablara iri məbləğli köçürmələr və daşınmaz əmlakla bağlı əqdlərin həyata keçirildiyi müəyyən edilib.
Bundan əlavə, istintaqçılar bildirirlər ki, “Ahbap” fondunun hesabından Haluk Leventin köməkçisinin hesabına təxminən 120 milyon türk lirəsi köçürülüb. Qeyd olunur ki, bu məlumatlar istintaqın irəli sürdüyü iddialardır və məhkəmə araşdırması zamanı yoxlanılmalıdır