Bu gün
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başladı

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başladı 2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb.
Təhlil.az xəbər verir ki, sənədlər elektron qaydada qəbul ediləcək.
Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldıqları müddətdə təhsil proqramı üzrə həmin dövr üçün nəzərdə tutulan kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.
Qeyd edək ki, müraciətlərin qəbulu 19 iyul 2026-cı il saat 18:00-dək davam edəcək.
Bu gün
Bu gün
Bu gün