Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib

Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri dəyişib.
Təhlil.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Anar Axundov – Azərbaycan iqtisadiyyat nazirinin müavini iqtisadiyyat naziri ilə əvəz edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncam ilə edilən dəyişikliklər barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.