Bu gün
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı – Yaralılar var

Suqovuşanda baş verən qəza zamanı xəsarət alan 6 nəfərdən 3-ü Mingəçevirdəki özəl xəstəxanaya yerləşdiriliblər.
Təhlil.az xəbər verir ki, qəza nəticəsində xəsarət alan digər 3 nəfər isə Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam etdirilir.
XXX
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşıb.
Hadisə ötən gecə qeydə alınıb.
Belə ki, “Hyundai” markalı mikroavtobus hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dərəyə aşıb.
İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. Onların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Faktla bağlı araşdırma aparılır.