Bu gün
Zelenski də Ankaraya getdi

Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitində iştirak etmək üçün Ankaraya gedib.
Təhlil.az xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, sammit çərçivəsində dünya liderləri ilə iyirmiyə yaxın ikitərəfli görüşlər keçirməsi, NATO Müdafiə Sənayesi Forumunda iştirakı, həmçinin pilotsuz texnologiyalar da daxil olmaqla müxtəlif sahələr üzrə yeni sazişlərin imzalanması planlaşdırılır.
"Ankarada bizi mühüm iş gözləyir. Güclü və məhsuldar NATO sammiti gözləyirik", – deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, Ukrayna üçün əsas prioritetlərdən biri hava hücumundan müdafiə (HHM) sisteminin daha da gücləndirilməsidir.
Bu gün