06 iyul

Azərbaycandan keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya mənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Təhlil.az xəbər verir ki, bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.