Bu gün

Yasamaldakı partlayışda yaralananların vəziyyəti açıqlandı

İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış nəticəsində yaralanan şəxslərin sağlamlıq vəziyyəti açıqlanıb.

Təhlil.az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xəsarət alan 3 nəfərin (2 qadın, 1 kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicəsi davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir. Hadisə baş verən ərazidən keçərkən xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1 nəfər (qadın) isə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Hadisə zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?