Bu gün

Venesuelada 7 günlük milli matəm elan edilib

Venesuelada iyunun 24-də baş vermiş dağıdıcı zəlzələlər zamanı həlak olanların xatirəsinə ölkə üzrə 7 günlük milli matəm elan olunub.

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Delsi Rodriqes sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ölkənin baş verən təbii fəlakət səbəbindən dərin kədər içində olduğunu bildirib.

“Bu gün yaxınlarını itirən ailələrin ağrısını bölüşür, yaralananlar, itkin düşənlər və fəlakətdən zərər çəkən bütün icmalar üçün dualar edirik. Həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq, bu gün saat 18:00-dan etibarən qüvvəyə minəcək 7 günlük milli matəm elan edilməsi barədə qərar qəbul etdim. Bu ağır günlərdə faciədən zərər çəkən hər kəsin yanında olduğumuzu bir daha bəyan edir və onları qorumaq öhdəliyimizi təsdiqləyirik”, – deyə Rodriqes vurğulayıb.

Yerli KİV-in məlumatına görə, zəlzələdən sonra 80 800-dən çox ailəyə humanitar yardım çatdırılıb. Axtarış-xilasetmə işlərinə 26 121 venesuelalı əməkdaş, müxtəlif ölkələrdən gəlmiş 3 660 xilasedici, 148 xüsusi təlim keçmiş axtarış iti və 49 texniki vasitə cəlb olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?