Bu gün

"Apple" Azərbaycanın mobil cihaz bazarındakı payının 40 %-ni itirib

Bu ilin iyun ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 43,84 % təşkil edib.

Təhlil.az-ın  "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 12,78 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 12,92 faiz bəndi çoxdur.

İkinci sıradakı "Xiaomi"nin bazar payı aylıq müqayisədə 5,46 faiz bəndi və illik müqayisədə 1 faiz bəndi artaraq 26,74 % olub.

Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 5,69 faiz bəndi artaraq və illik müqayisədə 3,76 faiz bəndi azalaraq 15,59 % olub. Onun bazar payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 40 % təşkil edib).

Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq müqayisədə 10,88 faiz bəndi, illik müqayisədə isə 10,73 faiz bəndi azalaraq 6,39 % təşkil edib.

İlk beşliyi 3,08 %-lik bazar payı ilə "Huawei" qapayır. Onun bazar payı aylıq 1,08 faiz bəndi, illik müqayisədə isə 2,32 faiz bəndi artıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?