Bu gün

Bakının bir hissəsində su kəsiləcək! - XƏBƏRDARLIQ

Bakının Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-ü günorta saatlarınadək içməli suyun verilməsində fasilə yaranacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mətbuat xidməti məlumat yayıb.

ADSEA-dan bildirilib ki, fasilə su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

“İşlər başa çatdırıldıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq. ADSEA yaranan müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib”,-deyə qurumun Mətbuat xidmətindən əlavə edilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?