30 iyun

Bu marşrutların avtobusları yeniləndi

Bəzi marşrut avtobusları yenilənib.

Təhlil.az xəbər verir ki, bu barədə  AYNA-dan məlumat verilib.

Bildirilib ki, Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini "Koroğlu" NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı ("Çinar-Trans" MMC) xəttin istismarını həyata keçirəcək.

214 nömrəli marşrut xəttində 15, 214A nömrəli marşrut xəttində isə 8 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Gedişhaqqı 0,65 AZN təşkil edəcək.