30 iyun

Bu müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar

“Mərhələli şəkildə 20 min tamștatlı müəllim vəzifəsi yaradılacaq. Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar”. 

Təhlil.az xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir növbəti mərhələlər barədə açıqlama verib: “Uğurlu nəticə əldə edənlər tamştatlı müəllimlər və maaşına əlavə alan saathesabı işləyən müəllimlər olacaqlar. Uğursuz nəticəsi olanlar isə köməkçi müəllimlər olacaq, yaxud əmək müqaviləsinə xitam veriləcək”.