Bu gün
Ceyhun Bayramov tezliklə Rusiyaya səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tezliklə Moskvaya səfər edəcək.
Təhlil.az xəbər verir ki, bunu RTVI-yə verdiyi müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, Azərbaycan xarici işlər nazirinin Moskvaya səfərinin tarixləri hələlik dəqiqləşdirilməyib.
"Bununla belə, biz Azərbaycanlı həmkarlarımızla Rusiya-Azərbaycan münasibətləri ilə bağlı bütün məsələləri, o cümlədən siyasi, ticarət-iqtisadi və ən əsası mədəni-humanitar ikitərəfli gündəliyi müzakirə etməyə ümid edirik", - deyə o, qeyd edib.
Bu gün
Bu gün