Universitetlərdə diplomlar bu ildən elektron veriləcək

Universitetlərdə diplomlar bu ildən onlayn veriləcək.
Təhlil.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən Azərbaycanın ali məktəblərinə təlimatlar verilib.
"Diplomların bu təhsil ilindən etibarən elektron, onlayn formada tələbələrə təqdim olunması artıq müzakirə olunub və zəruri hazırlıqlar başlayıb", - deyə ali təhsil mərkəzlərindən bildirilib.
O da qeyd edilib ki, diplomlar bakalavrlarla yanaşı magistratura tələbələrinə də elektron təqdim olunacaq.
Nəticədə tələlər diplomunu "my gov" platformasından asanlıqla əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələrində diplomlar elektron qaydada deyil, əsasən fiziki formada hazırlanaraq məzunlara təqdim edilir. Diplom blanklarının hazırlanması, məlumatların yoxlanılması, qeydiyyat və imzalanma prosedurları səbəbindən bu proses bir neçə ay davam edə bilir.