Bu gün

AZAL-ın Bakı–Naxçıvan reysləri təxirə salınıb

Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

Təhlil.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatına əsasən, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?