Bu gün
Litva hökuməti istefa verdi

Baş nazir İnqa Ruqinienin rəhbərlik etdiyi Litva hökuməti istefa verib.
Təhlil.az xəbər verir ki, bu barədə qərar 20-ci hökumətin keçirdiyi son iclasda üzvlərin ümumi razılığı ilə qəbul edilib.
“Bütün çətinliklərə baxmayaraq, fəxr edəcəyimiz çox şey var. Dövlətin və xalqın rifahı üçün çox işlər görmüşük”, - Baş nazir çıxışında bildirib.
Hökumət hakim koalisiyadakı dəyişikliklər səbəbindən istefa verməli olub.
Qeyd edək ki, İnqa Ruqinien 2025-ci ilin avqust ayında Baş nazir təyin edib. Onun rəhbərlik etdiyi hökumət isə ötən ilin sentyabr ayında Seymdə and içərək vəzifəsinin icrasına başlayıb.
Bu gün