Bu gün

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir

Yaxın günlərdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ( “Piramida” tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidməti məlumat yayıb.

"Ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.

Digər nəqliyyat vasitələri xəritədə göstərilən yeni trayektoriya ilə Milli Gimnastika Arenası və “Koroğlu” dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər",-deyə AYNA-nın Mətbuat Xidmətindən bildirilib.

Sxemdə yeni hərəkət trayektoriyaları təqdim olunur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?