Bu gün

AQTA-dan bir qəpiklik yumurta ilə bağlı açıqlama

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi marketlərdə bir qəpiyə satılan yumurta ilə bağlı iddialara aydınlıq gətirib.

Təhlil.az xəbər verir ki, AQTA-nın Mətbuat xidmətinin məlumatına əsasən, yumurtalarda hər hansı uyğunsuzluq aşkarlanmayıb:

"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb və məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.

Vətəndaşlar qida sahəsində qarşılaşdıqları uyğunsuzluqlarla bağlı konkret faktlarla "1003 - Çağrı Mərkəzi"nə müraciət edə bilərlər", - məlumatda bildirilib.

Qeyd edək ki, sosial mediada marketlərdə endirimli qiymətlə bir qəpiyə satılan yumurtaların xarab olduğu ilə bağlı iddia və şikayətlər yayılıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?