Bu gün
Dünən keçirilən imtahanların nəticələri 10 gündən sonra elan olunacaq

İyunun 21-də keçirilən Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahan materiallarının emalı aparılır.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 10 gündən sonra elan olunması nəzərdə tutulur.
İmtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.