Bu gün

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

Bu həftə ölkədə ardıcıl 3 gün rəsmi istirahət günü olacaq.

Təhlil.az xəbər verir ki, iyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, bu tarix qeyri-iş günü hesab edilir.

Bu il iyunun 26-sı həftənin cümə gününə təsadüf etdiyi üçün, bayram günü növbəti şənbə və bazar günləri ilə birləşəcək.

Beləliklə, beşgünlük iş qrafiki ilə çalışan vətəndaşlar üçün ardıcıl 3 gün 26, 27 və 28 iyun tarixlərində istirahət günüləri olacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?