Bu gün
ABŞ-İran danışıqları ləğv edildi?

ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli olan danışıqlar baş tutmayacaq.
Təhlil.az xəbər verir ki, bu barədə İsveçrənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşün ləğv edilməsinin səbəbi, həmçinin yeni tarix barədə məlumat verilmir.
Xatırladaq ki, daha əvvəl iyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundunun keçirilməsi planlaşdırılırdı. Lakin sonradan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin təxirə salındığı açıqlanmışdı.