Bu gün
Ukraynadan Moskvaya genişmiqyaslı dron hücumu - VİDEO

Bu gün Ukrayna Rusiyanın paytaxtı Moskva bölgəsinə və digər ərazilərə böyük miqyaslı dron hücumu həyata keçirib.
Təhlil.az xəbər verir ki, bu, həftə ərzində ikinci belə böyük zərbədir və Rusiyanın enerji infrastrukturuna, xüsusilə neft emalı zavodlarına yönəlib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, 194 dron Moskva istiqamətində, ümumilikdə isə 555 dron Rusiya ərazisində vurulub.
Buna baxmayaraq, bir neçə dron hədəflərə çatıb, aerodromlarda uçuşlar müvəqqəti dayandırılıb və infrastruktur zədələnib.