Bu gün
Taksi sürücülərinin qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yeni taksi sürücüsünün məlumat yoxlanılmasını avtomatlaşdırıb.
Təhlil.az xəbər verir ki, taksi sifarişi operatorlarının (Bolt və Uber/Yango) iştirakı ilə “Digital Finance” layihəsinin icrasına başlanılıb.
Məqsəd yeni sürücü qeydiyyatı zamanı “Xüsusi hazırlıq şəhadətnaməsi” və “Buraxılış kartı” məlumatlarının real vaxt rejimində avtomatik yoxlanılmasının təmin edilməsidir.