Bu gün

Bakıda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilir

Bakıda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilir.

Təhlil.az xəbər verir ki, sammit “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusuna həsr olunub.

Sammit çərçivəsində süni intellektin insan hüquqlarına təsiri, yeni texnologiyaların yaratdığı imkanlar və risklər, beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirəsi və Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Tədbir insan hüquqları sahəsində müasir çağırışların beynəlxalq müstəvidə müzakirəsinə töhfə vermək məqsədilə 18 may-18 iyun tarixlərini əhatə edəcək "İnsan Hüquqları Aylığı"nın yekunu olaraq 18–19 iyun tarixlərində baş tutur.

Beynəlxalq tədbirdə müxtəlif ölkələrin ombudsmanları, insan hüquqları institutlarının nümayəndələri və ekspertlər iştirak edirlər.